SON XƏBƏRLƏR

NetBlocks: İranda internet kəsintisi 70-ci gününə çatdı

2026.05.08, 20:35
NetBlocks: İranda internet kəsintisi 70-ci gününə çatdı

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, İranda internet məhdudiyyətləri artıq 70 gündür davam edir və kəsintinin müddəti 1656 saatı keçib.

Dünyada internet məhdudiyyətlərini izləyən NetBlocks təşkilatı cümə günü yaydığı açıqlamada bildirib ki, uzunmüddətli internet kəsintisi milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərir.

Təşkilat vurğulayıb ki, internetin məhdudlaşdırılması xüsusilə əlilliyi olan şəxslərə, tələbələrə və kiçik biznes sahiblərinə ağır zərbə vurur.

Son həftələr İran daxilində bir çox vətəndaş bank xidmətləri, onlayn təhsil və rabitə problemləri səbəbilə ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.

Tehran hakimiyyəti artan narazılıq və informasiya axınının qarşısını almaq üçün internetə nəzarəti daha da sərtləşdirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar