SON XƏBƏRLƏR

İranda dərman qiymətləri bir neçə dəfə artıb

2026.05.09, 11:00
İranda dərman qiymətləri bir neçə dəfə artıb

İranda bəzi dərmanların qiymətləri son müharibədən bəri 30-300 faiz arasında artıb və bəzi xəstələr, xüsusən də xərçəng xəstələri ciddi problemlərlə üzləşiblər.

Gunaz.tv

Bunu İranın "Etimad" qəzeti yazıb.

İran Əczaçıları Assosiasiyasının sözçüsü və idarə heyətinin üzvü Hadi Əhmədi müharibənin əczaçılıq sənayesinə vurduğu ziyanın əhəmiyyətli olduğunu bildirib.

"Etimad" həmçinin xərçəng xəstələrinə istinadən bildirib ki, müharibədən əvvəl sığorta dəstəyi ilə bir milyon tüməndən az olan "Exjuva" dərmanı indi subsidiyasız qiymətlə 30 milyon tümənə çatıb.

Məlumatda başqa xəstələr də tiroid, depressiya və revmatizm dərmanlarının qiymətlərinin ikiqat artmasından danışıblar. 

Qəzet yazıb ki, sanksiyaların təzyiqi, hökumətin valyuta ehtiyatlarının azalması, dərman istehsal mərkəzlərinə dəyən ziyan və dərmanların idxalının çətinliyi bir çox xəstə üçün dərmanları əldə etməyi daha da çətinləşdirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar