SON XƏBƏRLƏR

İran rəsmisi: Müharibədən sonra BƏƏ İran məktəblərinin lisenziyalarını ləğv edib

2026.05.09, 12:07
İran rəsmisi: Müharibədən sonra BƏƏ İran məktəblərinin lisenziyalarını ləğv edib

İranın təhsil sahəsi üzrə rəsmisi bildirib ki, İran, ABŞ və İsrail arasında baş verən son müharibədən sonra BƏƏ İran məktəblərinin fəaliyyət lisenziyalarını ləğv edib.

Gunaz.tv

ISNA xəbər agentliyi nin məlumatına görə, İranın Beynəlxalq Əlaqələr və Xaricdəki Məktəblər Mərkəzinin müvəqqəti rəhbəri deyib ki, əvvəllər BƏƏ-də fəaliyyət göstərən İran məktəblərində təhsil alan 2 300 şagirddən təxminən 1 300-ü ya İran daxilindəki məktəblərə, ya da BƏƏ-dəki beynəlxalq məktəblərə köçürülüb.

Rəsmi bildirib ki, İrana qayıda bilməyən təxminən 1 000 şagird isə hazırda İranın İstanbuldakı məktəb idarəsi vasitəsilə onlayn təhsil alır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar