SON XƏBƏRLƏR

Xameneinin ofisi: Müctəba Xamenei dizindən, belindən və qulağının arxa hissəsindən xəsarət alıb

2026.05.09, 13:04
Xameneinin ofisi: Müctəba Xamenei dizindən, belindən və qulağının arxa hissəsindən xəsarət alıb

Məzahir Hüseyni, Əli Xameneinin ofisinin görüşlər üzrə məsulunun bildirdiyinə görə, Müctəba Xamenei Əli Xameneinin qərargahının bombalanması zamanı dizindən, belindən və qulağının arxa hissəsindən xəsarət alıb.

Gunaz.tv

Hüseyni deyib:

“Mən ofisdə olduğum zaman bizdən 30 metr məsafəyə bomba düşdü və Şirazi [Əli Xameneinin hərbi ofisinin rəhbəri] və yanındakı şəxslər həlak oldular. Bizdən 70-80 metr aralıda isə Əli Xameneinin iş yeri vuruldu

Hüseyni onun xəsarətləri barədə bildirib:

“Diz qapağında bir qədər zədə var idi, bir qədər də belində problem yaranmışdı. Bu günlərdə beli yaxşılaşıb və dizindəki problem də tezliklə sağalacaq. Hazırda tam sağlam vəziyyətdədir.”

O, həmçinin "The New York Times" qəzetində Müctəba Xameneinin üz nahiyəsindən xəsarət aldığı ilə bağlı yayılan məlumatları təkzib edib:

“Keçən həftə yaxın şəxslərdən biri onunla görüşüb. Alnından zədə aldığı barədə deyilənlər əsassızdır. Sadəcə qulağının arxasında kiçik bir çat yaranıb, o da əmmamənin altında qalır və görünmür. O yara da müalicə olunub və tam sağlamdır.”

 Əli Xameneinin ofisininn iddialarına baxmayaraq, CNN ABŞ kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Müctəba Xamenei bədəninin bir tərəfində — üz, qol, üst bədən və ayaq nahiyələrində ciddi yanıq xəsarətləri aldığı üçün təcrid olunmuş vəziyyətdə müalicə alır.

Məlumata görə, o, heç bir elektron cihazdan istifadə etmir və yalnız üzbəüz görüşlər və ya kuryerlər vasitəsilə əlaqə saxlayır.

Mənbələrin sözlərinə görə, Müctəba Xamenei müharibə strategiyasının formalaşdırılmasında rol oynaya bilər, lakin onun əlçatmaz olması səbəbindən gündəlik idarəetmə faktiki olaraq yüksək rütbəli SEPAH komandirləri və Məhəmməd Baqir Qalibaf tərəfindən həyata keçirilir. Mənbələr bildiriblər ki, onun birbaşa göstəriş verdiyini təsdiqləyən heç bir əlamət yoxdur.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar