SON XƏBƏRLƏR

Səfir: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə dərinləşir

2026.05.11, 15:20
Səfir: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə dərinləşir

Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə dərinləşir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu “Invision Design Talks 2” forumunda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, mədəni və enerji sahələrində əməkdaşlıq getdikcə genişlənir.

Səfir qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən və Qarabağın işğaldan azad olunmasından sonra iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə strateji müttəfiq statusu qazanıb.

Birol Akgün vurğulayıb ki, iki qardaş ölkə rəhbərliyinin formalaşdırdığı əməkdaşlıq Türk dünyası üçün də nümunə olub.

Səfir əlavə edib ki, Türk dünyası hazırda yeni yüksəliş mərhələsini yaşayır və bu prosesdə elm, incəsənət, mədəniyyət və estetika xüsusi əhəmiyyət daşıyır: “Ortaq gələcək vizyonu formalaşdırılarkən bu yanaşma şəhərsalma və memarlıqda da öz əksini tapmalıdır”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar