SON XƏBƏRLƏR

İranda iqtisadi durum ağırlaşdıqca rejim durumu konspiralogiya ilə açıqlamağa çalışır

2026.05.12, 15:05
İranda iqtisadi durum ağırlaşdıqca rejim durumu konspiralogiya ilə açıqlamağa çalışır

İranda qiymətlər sürətlə artmağa davam etdikcə, sərt xətt tərəfdarı olan din xadimləri və hökumətyönlü şəxslər məsuliyyəti dövlətdən uzaqlaşdırmağa çalışırlar.

Gunaz.tv

Məşhəddə radikal mövqeyi ilə tanınan cümə imamı Əhməd Aləmülxuda bildirib ki, “qiymət artımına ABŞ ordusunun piyadaları cavabdehdir.” O daha sonra bu sözlərin məcazi məna daşıdığını deyərək müharibənin hiperinflyasiyaya səbəb olduğunu və “bahalaşmanın əsas günahkarlarının və fürsətçilərin ABŞ ordusunun piyadaları olduğunu” iddia edib.

Həftənin əvvəlində sərt xətt tərəfdarı olan “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazmışdı ki, “qiymət artımı düşmənin hökumətə sızmasının nəticəsidir.”

Bunun əksinə olaraq, daha mötədil media qurumları böhranı fərqli şəkildə qiymətləndiriblər. “Arman Melli” qəzeti bazar günü yazıb ki, son qiymət artımlarını yalnız müharibə şəraiti ilə izah etmək mümkün deyil və problemin kökündə illərlə davam edən struktur iqtisadi problemlər, dövlət xərclərinin artması və populist siyasət dayanır.

İslahatçı “Rouydad24” saytı isə cəmiyyətin “iqtisadi və psixoloji aşınma” yaşadığını yazıb. Sayt bildirib ki, inflyasiya artıq abstrakt statistika deyil,həyatın gerçəkliyinə çevrilib.

Bir çox işçi bildirir ki, onlar hələ də illər əvvəl müəyyən edilmiş maaşlarla işləyirlər, halbuki iqtisadiyyatda qiymətlər demək olar ki, hər gün dəyişir. Bu vəziyyət İranın işçi və orta təbəqəsinin böyük hissəsini amansız inflyasiya altında əzir.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar