SON XƏBƏRLƏR

Kirmanda zəlzələ oldu

2026.05.14, 13:56
Kirmanda zəlzələ oldu

Bu gün İranın Kirman əyalətinin Bərdsir şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.

Gunaz.tv

Bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, səhər saat 11:17-də (Bakı vaxtı ilə 11:47) meydana gələn zəlzələnin episentri 8 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Kirman, Rəfsəncan və Sircan şəhərlərində də hiss olunub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar