SON XƏBƏRLƏR

Honduras SEPAH-ı terror təşkilatı kimi tanıyıb

2026.05.15, 14:27
Honduras SEPAH-ı terror təşkilatı kimi tanıyıb

Honduras İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və HƏMAS-ı terror təşkilatı kimi rəsmən tanıyıb.

Gunaz.tv

Bu barədə ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Katibliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bu qərar Hondurasın “terrorizmi və onun bütün formalarını və təzahürlərini” qəti şəkildə pislədiyini və beynəlxalq əməkdaşlıq çərçivəsində bu cür təhdidlərin qarşısının alınmasına sadiqliyini bir daha təsdiqləyir.

Qərarın ölkə prezidenti Nasri Asfura tərəfindən verildiyi bildirilir.

Honduras bu qərarla SEPAH-ı terror təşkilatı kimi tanıyan 46-cı ölkə olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar