SON XƏBƏRLƏR

Pakistanın daxili işlər naziri Tehrana səfər edib

2026.05.16, 23:11
Pakistanın daxili işlər naziri Tehrana səfər edib

Gunaz.tv

Pakistanın daxili işlər nazirinin əvvəlcədən elan olunmamış Tehran səfəri İslamabadın İran-ABŞ dosyesində mümkün rolu ilə bağlı ehtimalları artırıb.

Gunaz TV-nin məlumatına görə, Pakistanın daxili işlər naziri əvvəlcədən açıqlanmayan səfərlə Tehrana gəlib. İranla ABŞ arasındakı münasibətlərlə bağlı proseslərin davam etdiyi bir vaxtda baş tutan bu səfər, məqsədi ilə bağlı müxtəlif ehtimallara səbəb olub.

Pakistanın Express News media qurumunun jurnalisti Kamran Yusuf bildirib ki, bu səfər İranla ABŞ arasında mümkün razılaşmanın əldə olunması üçün son dəqiqə cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

Məlumata görə, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Pakistan ordusunun komandanlığına yaxın və etibarlı fiqurlardan biri hesab olunur. O, daha əvvəl də Pakistan ordu komandanının İrana üç günlük səfəri zamanı onu müşayiət etmişdi.

Həmin məlumatda iddia olunur ki, Donald Trampın Vaşinqtona qayıdaraq növbəti addımları dəyərləndirdiyi bir mərhələdə Möhsin Nəqvinin Tehran səfəri xüsusi əhəmiyyət daşıyır.

Bununla belə, İran və Pakistan rəsmiləri bu səfərin gündəliyi və İslamabadın mümkün vasitəçi rolu ilə bağlı yayılan ehtimallara dair hələlik rəsmi açıqlama verməyiblər.

 

GünAzTV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar