SON XƏBƏRLƏR

İran təklifində sanksiyaların ləğvini və ABŞ-ın dəniz blokadasına son qoyulmasını istəyib

2026.05.19, 11:24
İran təklifində sanksiyaların ləğvini və ABŞ-ın dəniz blokadasına son qoyulmasını istəyib

İran sanksiyaların ləğvini, dondurulmuş İran vəsaitlərinin azad edilməsini və ABŞ-ın dəniz blokadasına son qoyulmasını nəzərdə tutan təklifini ABŞ-a təqdim edib.

Gunaz.tv

Bu barədə İranın xarici işlər nazirinin müavini məlumat verib.

Təklifdə həmçinin bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılması çağırışı yer alıb. Bunu Kazem Qəribabadi parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvlərinə bildirib.

O qeyd edib ki, İranın çərçivə sənədinə ABŞ tərəfindən müharibə nəticəsində dəyən zərərlərə görə kompensasiya ödənilməsi, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması, birtərəfli sanksiyalara və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə son qoyulması daxildir.

Qəribabadi əlavə edib ki, İranın danışıqlar qrupu Tehranın uranı zənginləşdirmək hüququnda israr edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar