SON XƏBƏRLƏR

İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər

2026.05.29, 11:19
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər

İranın yüksək səviyyəli xarici siyasət rəsmisi bildirib ki, Çin Tehran ilə Vaşinqton arasında mümkün anlaşmanın təminatçısı rolunu oynaya bilər.

Gunaz.tv

Bu barədə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibi Cəlal Dehqani Firuzabadi ISNA agentliyinə danışıb.

O bildirib ki, mövcud şərait İranın Hörmüz boğazı üzərində öz hakimiyyətini nümayiş etdirməsini tələb edir.

“Bu yeni strateji vasitə artıq İranın güc elementlərindən birinə çevrilib,” — deyə o bildirib.

Tehran və Vaşinqton arasında davam edən danışıqlara toxunan rəsmii Çini “mümkün anlaşmanın təminatçısı” adlandırıb və bildirib ki, Prezident Donald Tramp daha çox anlaşmaya üstünlük verir, yeni toqquşmaya yox.

O, danışıqları “çox çətin”, müzakirə olunan məsələləri isə “çox mürəkkəb və genişmiqyaslı” adlandırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar