SON XƏBƏRLƏR

İranın yüksək rütbəli hərbçisi ABŞ ilə yenidən müharibəni “qaçılmaz” adlandırıb

2026.06.02, 13:22
İranın yüksək rütbəli hərbçisi ABŞ ilə yenidən müharibəni “qaçılmaz” adlandırıb

İranın yüksək rütbəli hərbi rəsmisi çərşənbə axşamı bildirib ki, Tehran və Vaşinqton arasında danışıqların dalana dirənməsi fonunda ABŞ ilə hərbi toqquşmaların yenidən başlaması qaçılmazdır.

Gunaz.tv

Bu barədə "Al-Arabiya" məlumat yayıb.

İranın Mərkəzi Hərbi Komandanlığının (Xatəmül-Ənbiya) komandir müavini Məhəmməd Cəfər Əsədi deyib: “ABŞ bizdən tam təslim olmağı tələb edir, İran isə heç vaxt təslim olmayacaq. Təslim olmayacağıqsa müharibə qaçılmazdır.”

Eyni zamanda, ABŞ ilə iki ölkə arasındakı münaqişəni bitirməyə yönəlmiş son razılaşma təklifi ilə bağlı İran hələlik cavab verməyib və yekun mətn üzrə müzakirələr Tehranda davam edir. Bu barədə İran danışıqlar heyətinə yaxın mənbə Mehr-ə bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar