SON XƏBƏRLƏR

Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir

2026.06.03, 22:10
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir

Rubio: İran müharibənin başa çatmasına dair razılaşmanı hələ təsdiqləməyib.

Gunaz.tv

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran müharibənin başa çatmasına dair razılaşma ilə bağlı yekun cavabını hələ təqdim etməyib və tərəflər arasında danışıqlar davam edir.

Gunaz TV-nin məlumatına görə, Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən iclasda deyib: “Bu gün səhərədək onların qərarverici sistemi tərəfindən yekun təsdiqi almamışıq.”

ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, İranın 60 faizlik zənginləşdirilmiş uran ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında aparılan danışıqların əsas mövzularından biridir.

Rubio ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başa çatdığını bildirərək deyib: “Biz artıq İran daxilində onun hərbi imkanlarını zəiflətmək məqsədilə davamlı hücumlar həyata keçirmirik, çünki “Epik Qəzəb” əməliyyatı başa çatıb.”

O iddia edib ki, ABŞ son müharibə zamanı qarşıya qoyduğu məqsədlərə nail olub və İranın hərbi sənaye infrastrukturunun, raket və pilotsuz uçuş aparatları potensialının, eləcə də hava qüvvələri və ənənəvi dəniz donanmasının böyük hissəsini məhv edib.

Rubionun bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın İran hakimiyyətinin nüvə silahı əldə etməyəcəyini qəbul etdiyini bildirməsindən bir neçə saat sonra səslənib. Buna baxmayaraq, İran rəsmiləri ölkənin nüvə proqramının hazırkı danışıqların mövzusu olmadığını bildirirlər.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar