SON XƏBƏRLƏR

Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi

2026.06.04, 16:00
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi

İranın keçmiş rəhbəri Əli Xamenei ilə vida və dəfn mərasiminin tarixi barədə yayılan məlumatlar doğru deyil.

Gunaz.tv

İranın keçmiş rəhbəri Əli Xaməneinin dəfn olunacağı, Tehran, Qum və Məşhəd şəhərlərində 3 günlük vida mərasimi keçiriləcəyi barədə informasiyalar təsdiq olunmayıb.

Bu barədə keçmiş rəhbərin oğlu Məsud Xaməneinin başçılıq etdiyi "Əli Xaməneinin Əsərlərin Qorunması və Nəşri İdarəsi" bəyanat yayıb.

Bəyanatda dəfn mərasimi ilə bağlı yayılan məlumatlat və  irəli sürülən fərziyyələrin həqiqətə uyğun olmadığı bildirilib.

Əvvəllər İranın keçmiş liderinin dəfn mərasiminin "Qədir-xum" günündə keçiriləcəyi ilə bağlı bəzi məlumatlar yayılsa da, həmin gün hökumət mərasimlərinin keçirilməsi üzrə qərargahın sözçüsü olan Sasan Zare də bunu təkzib edib.

Qeyd edək ki, 28 fevralda ABŞ-İsrail hücumu nəticəsində öldürülən İranın keçmiş lideri Əli Xaməneinin yerinə onun oğlu Müctəba Xamənei seçilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar