SON XƏBƏRLƏR

İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib

2026.06.05, 12:06
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib

İran parlamenti sədrinin müavini Həmidrza Hacı Babayi bildirib ki, İsrailin Livanda Hizbullah mövqelərinə hücumları davam edərsə, İran Bab əl-Məndəb boğazını bağlayacaq.

Gunaz.tv

“ABŞ və İsrail təzyiq altında olan zaman Hizbullaha hücum edirlər. Biz də elan etmişik ki, onların hücumları dayanmasa, zərbə endirəcək və Bab əl-Məndəb boğazını bağlayacağıq,” – deyə Hacı Babayi bildirib.

Hacı Babayi həmçinin deyib: "ABŞ Prezidenti Donald Tramp İranın nüvə bombası əldə edə biləcəyindən ehtiyat edir. Bizim ən güclü atom bombamız Hörmüz boğazıdır."

Parlament sədrinin müavini əlavə edib ki, uranın zənginləşdirilməsi İranın hüququdur və bu məsələ: “Heç vaxt danışıqlar mövzusu olmayacaq.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar