SON XƏBƏRLƏR

Xorasan qəzeti: ABŞ-la razılaşma yalnız “son döyüşü” təxirə salacaq

2026.06.13, 11:05
Xorasan qəzeti: ABŞ-la razılaşma yalnız “son döyüşü” təxirə salacaq

Tehran və Vaşinqton arasında mümkün razılaşma əsas münaqişəni həll etməyəcək, sadəcə qaçılmaz olan qarşıdurmanı təxirə salacaq.

Gunaz.tv

Bu barədə İranın gündəlik "Xorasan" qəzeti yazıb.

Qəzetin şərhində bildirilib ki, hazırkı mərhələdə əldə olunacaq istənilən razılaşma əsas mübahisələrin həlli deyil, yalnız davam edən müharibənin dayandırılması barədə saziş kimi qiymətləndirilməlidir.

“İranla Amerika, xüsusilə də İranla İsrail arasındakı məsələlər artıq ekzistensial müharibə səviyyəsinə çatıb və praktikada yalnız tərəflərdən birinin qəti qələbəsi ilə başa çatacaq”, – deyə qəzet yazıb.

Qəzet hesab edir ki, danışıqlar və razılaşmalar bu istiqaməti dəyişməyəcək və yalnız “son döyüş”dən əvvəl müvəqqəti mərhələ rolunu oynayacaq.

“Bu razılaşmanın əsas funksiyası nəfəs dərmək, hücum və müdafiə qabiliyyətlərini yenidən qurmaq və genişmiqyaslı böyük döyüşə hazırlaşmaq üçün imkan yaratmaqdır”, – qəzet yazıb.

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar