SON XƏBƏRLƏR

ABŞ və İran razılaşması bu gün imzalana bilər

2026.06.14, 09:59
ABŞ və İran razılaşması bu gün imzalana bilər

ABŞ və Pakistan liderləri ABŞ-la İran arasında döyüşlərin dayandırılması üçün uzun müddətdir gözlənilən çərçivə sazişinin bazar günü imzalana biləcəyini bildiriblər.

Gunaz.tv

Tehran imza vaxtı ilə bağlı hələ də dəqiq saat bildirməyib. İranda sərt xətt tərəfdarları isə razılaşmanın şərtlərinə etiraz ediblər.

ABŞ Prezidenti Donald Tramp şənbə günü sosial şəbəkədə İranla sazişin ertəsi gün, yəni onun 80 illik yubileyi günündə imzalanmasının planlaşdırıldığını yazıb. Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin sülh sazişi üzrə çərçivə razılaşmasına gəldiyini və İslamabadın bazar günü elektron imzalanmaya hazırlaşdığını bildirib. Bundan sonra gələn həftə texniki səviyyədə danışıqların keçiriləcəyi gözlənilir.

Amma İran bazar günü imzalanmanı təsdiqləməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Trampın paylaşımından əvvəl imza vaxtı ilə bağlı açıqlama verməyə tələsməməyə çağırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar