SON XƏBƏRLƏR

Pezeşkianın müavini: İranın 25 mlrd. dollarlıq aktivləri tam şəkildə azad ediləcək

2026.06.20, 13:40
Pezeşkianın müavini: İranın 25 mlrd. dollarlıq aktivləri tam şəkildə azad ediləcək

İranın 25 milyard dollarlıq aktivləri tam şəkildə azad ediləcək.

Gunaz.tv

Bunu İranın icraçı vitse-prezidenti Məhəmməd Cəfər Qaim-Pənah İRNA-ya müsahibəsində deyib.

O, İran və ABŞ arasında əldə olunan anlaşmaya əsasən, İranın bloklanmış aktivlərinin tam, lakin mərhələli şəkildə azad ediləcəyini bildirib.

Qaim-Pənah qeyd edib ki, Məhəmməd Baqir Qalibafın İranın danışıqlar qrupu ilə birlikdə Qətərə səfəri məhz bu aktivlərin taleyinin müəyyənləşdirilməsi məqsədilə həyata keçirilib.

İran rəsmisi azad ediləcək vəsaitin həcminin təxminən 25 milyard dollar olacağını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar