SON XƏBƏRLƏR

İranda bank sistemində geniş nasazlıq yaranıb

2026.06.23, 16:09
İranda bank sistemində geniş nasazlıq yaranıb

Bu gün səhər saatlarından başlayaraq İranda bəzi mağaza terminalları, bank portalları və bank tətbiqləri xidmətlərində fasilələr, yavaşlamalar və nasazlıqlar yaşayır.

Gunaz.tv

Bu barədə İranın "Dideban" saytı məlumat yayıb.

“İstifadəçi hesabatlarına əsasən, 23 iyun səhər saatlarından ölkədəki bəzi bank sistemləri və xidmətləri yenidən geniş yayılmış fasilələr və yavaşlamalarla qarşılaşıb”,- məlumatda bildirilib.

Media orqanı əlavə edib ki, istifadəçilərin bildirdiyinə görə, əməliyyatlarla bağlı problemlər, onlayn xidmətlərə çıxışın olmaması və bəzi bank portallarında fasilələr ivətəndaşların etirazları na səbəb olub. 

Bəzi istifadəçilər bank köçürmələri edə bilmədiklərini, Saderat, Sepah, Tecarət, Resalət, Millət, Tose Təavon və Mii bankların xidmətlərinin kəsildiyini bildiriblər. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar