SON XƏBƏRLƏR

Xuzistanda 1300-dən çox abonentin elektrik enerjisi kəsilib

2026.06.30, 09:28
Xuzistanda 1300-dən çox abonentin elektrik enerjisi kəsilib

Xuzistan əyalətində bazar ertəsi yüksək elektrik istehlakı qeydə alınan 1 324 abonentin elektrik enerjisi kəsilib.

Gunaz.tv

Bu barədə əyalətin Elektrik Enerjisinin Paylanması Şirkəti məlumat yayıb.

Şirkətin İstehlakın İdarə Olunması İdarəsinin rəhbəri Səttar Nəzəri bildirib ki, elektrik şəbəkəsini qorumaq məqsədilə əyalətdə gündəlik monitorinqlər davam etdiriləcək və yüksək enerji sərf edən abonentlərin elektrik təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq.

Onun sözlərinə görə, ağıllı sayğaclar vasitəsilə məsafədən aparılan monitorinq nəticəsində inzibati binalar, ticarət obyektləri, yaşayış evləri və kənd təsərrüfatı istifadəçiləri arasında yüksək istehlak edən abonentlərin elektrik enerjisi kəsilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar