SON XƏBƏRLƏR

Radikal ruhani Xameneinin öldürülməsinə görə qisas almağa çağırıb

2026.07.01, 09:15
Radikal ruhani Xameneinin öldürülməsinə görə qisas almağa çağırıb

İranlı radikal ruhani Möhsün Qənbəriyan İranın ali rəhbəri Əli Xameneinin öldürülməsinə görə qisas alınmasına çağıraraq bildirib ki, bu hadisəyə görə məsul şəxslər cəzalandırılmasa, ölkənin yüksək vəzifəli rəsmiləri daim təhlükə altında qalacaqlar.

Gunaz.tv

Qənbəriyan çərşənbə axşamı Tehranda toplaşan izdiham qarşısında çıxış edərək deyib ki, “əgər qisas alınmasa, hazırkı rəhbər və İslam Respublikasının digər rəhbərləri həmişə gizlənərək yaşamağa məcbur olacaqlar.”

“Əgər rəhbərimizin öldürülməsinə görə qisas almasaq, heç bir şübhə yoxdur ki, hazırkı rəhbər və İslam Respublikasının digər rəhbərləri həmişə gizlənərək yaşamağa məcbur olacaqlar. Bu, tamamilə aydındır. Cenevrəyə gedən rəsmilər yəqin ki, bizim gördüyümüz tviti onlar da görüblər: ‘Əgər razılaşma əldə etməsəniz, ölkənizə qayıtmayacaqsınız.’ Cənab Qalibaf artıq Netanyahunun sui-qəsd siyahısındadır”, – deyə Qənbəriyan bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar