Axios nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu çərşənbə axşamı Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə, sahil müşahidə sistemlərinə, "yer-hava" raket komplekslərinə, gəmi əleyhinə qanadlı raket mövqelərinə, pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə və liman obyektlərinə hava zərbələri endirib.