SON XƏBƏRLƏR

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri: İranın raket ehtiyatlarını müharibədən öncəki səviyyənin 50%-ə çatdırıb

2026.07.09, 19:20
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri: İranın raket ehtiyatlarını müharibədən öncəki səviyyənin 50%-ə çatdırıb

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri H.R. MakMaster "CBS News"a bildirib ki, İran raket arsenalını yenidən bərpa edir və ABŞ ilə İsrailin 132 gün əvvəl Tehrana qarşı müharibəyə başladığı dövrdə malik olduğu raket ehtiyatlarının təxminən 50 faizinə çatıb.

Gunaz.tv

"Müharibə sona çatmaqdan çox uzaqdır", – deyə MakMaster "CBS News"a müsahibəsində bildirib.

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri olmuş MakMaster qeyd edib ki, İran bu həftə Hörmüz boğazında gəmilərə və ABŞ-ın regiondakı müttəfiqlərinə hücum etməklə ABŞ ilə Fars körfəzi ölkələri arasında parçalanma yaratmağa çalışır. Onun sözlərinə görə, Tehran bununla körfəz ölkələrinin geri çəkilməsinə nail olmaq və raket və pilotsuz uçuş aparatları (PUA) imkanlarını bərpa edərək Hörmüz boğazına nəzarəti əlində saxlamaq istəyir.

"Biz hesab edirik ki, onlar müharibənin əvvəlində malik olduqları raket ehtiyatlarının təxminən 50 faizini artıq yenidən bərpa ediblər", – deyə MakMaster vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar