SON XƏBƏRLƏR

İran: Memorandum bizim üçün qüvvədən düşə bilər

2026.07.11, 08:13
İran: Memorandum bizim üçün qüvvədən düşə bilər

ABŞ İranla imzalanmış anlaşma memorandumunun şərtlərini pozmağa davam edərsə, Tehran da artıq həmin memorandum üzrə öhdəliklərinə bağlı hesab olunmaya bilər.

Gunaz.tv

Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

"İran, ABŞ öz öhdəliklərini tam və vicdanla yerinə yetirdiyi təqdirdə, anlaşma memorandumunun icrasına sadiq qalır. Lakin ABŞ memorandum çərçivəsində öhdəliklərini pozmağa davam edərsə, İran da artıq həmin memorandum üzrə öz öhdəliklərini yerinə yetirməyə borclu hesab olunmayacaq", – deyə İrəvani bildirib.

O iddia edib ki, "İslamabad Memorandumuna əsasən, Hörmüz boğazında dəniz naviqasiyası, o cümlədən zəruri mina təmizləmə əməliyyatlarının planlaşdırılması səlahiyyəti tam şəkildə İrana məxsusdur."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar