SON XƏBƏRLƏR

Xameneinin müşaviri: ABŞ hücumları davam etdirsə, İran tammiqyaslı hücum mərhələsinə keçəcək

2026.07.18, 07:30
Xameneinin müşaviri: ABŞ hücumları davam etdirsə, İran tammiqyaslı hücum mərhələsinə keçəcək

İranın ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi dövlət televiziyasına bildirib ki, ABŞ hücumlarını daha iki-üç gün davam etdirərsə, İran "tammiqyaslı hücum əməliyyatları" mərhələsinə keçəcək.

Gunaz.tv

Rzayi deyib ki, İran hücumlarında "heç bir siyasi sərhəd tanımayacaq" və ABŞ-ı İranın ardıcıl raket və pilotsuz uçuş aparatları hücumlarına hazır olmağa çağırıb.

O bildirib ki, Tehran indiyədək beynəlxalq təhlükəsizlik böhranının daha da genişlənməsinin qarşısını almaq üçün quru əməliyyatına başlamayıb və sərhədlərindən kənarda genişmiqyaslı hücumlar həyata keçirməyib.

Rzayi həmçinin vurğulayıb ki, İran ali rəhbərinin öldürülməsinə görə qisas almaq niyyətindən geri çəkilməyəcək və o, ölkənin gələcək təhlükəsizliyi və sabitliyinin bu qisasın həyata keçirilməsindən asılı olduğunu bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar