SON XƏBƏRLƏR

Dollar İranda 195 min tüməni keçdi

2026.07.19, 12:40
Dollar İranda 195 min tüməni keçdi

İranda dollar yenidən rekord qırdı.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İranda ABŞ dollarının məzənnəsi yenidən yüksələrək növbəti rekordunu qırıb. Valyuta məzənnələrini yayımlayan saytlar və Telegram kanalları 1 ABŞ dollarının 195 min tüməndən çox olduğunu bildirirlər.

Dolların bahalaşması ilə yanaşı, digər xarici valyutaların da qiymətində artım qeydə alınıb.

Binbastın məlumatına görə, İngiltərə funtu 263 min tüməni, avro isə 224 min tüməni ötüb.

Dolların bahalaşması İran hakimiyyətinin ABŞ ilə imzalanmış son anlaşma memorandumuna sadiq qalmadığını bəyan etdiyi və Vaşinqtonun İrandakı hədəflərə qarşı hərbi əməliyyatlara başladığı bir vaxta təsadüf edir.

ABŞ hücumlara İranın Hörmüz boğazı yaxınlığında ticarət gəmilərinə hücum etməsi və son anlaşmanın şərtlərini pozmasının ardından başlayıb.

Vaşinqton bununla yanaşı, İrana qarşı dəniz blokadasını, eləcə də iqtisadi və hərbi təzyiqləri daha da gücləndirib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar