SON XƏBƏRLƏR

İranlı deputat: İran 11 sentyabrdan sonra ABŞ-a qarşı Əfqan və İraq qüvvələrini hazırlayıb

2026.07.22, 13:19
İranlı deputat: İran 11 sentyabrdan sonra ABŞ-a qarşı Əfqan və İraq qüvvələrini hazırlayıb

İran 11 sentyabr terror hücumlarından sonra ABŞ qüvvələrinə qarşı döyüşmək üçün Əfqanıstan döyüşçülərini və İraqın Xalq Səfərbərlik Qüvvələrini (PMF) hazırlayıb.

Gunaz.tv

Bunu İran parlamentinin deputatı və SEPAH-ın keçmiş komandirlərindən olan İsmayıl Kövsəri bildirib.

Kövsərinin sözlərinə görə, İranın göstərdiyi dəstək ABŞ-ın Əfqanıstandan çıxmasına və İraqdakı Amerika qüvvələrinin məhdud sayda bazaya çəkilməsinə səbəb olub.

O deyib:

“Nyu-Yorkdakı Əkiz Qüllələrə hücum edildikdən sonra ABŞ Əfqanıstana, daha sonra isə İraqa gəldi. Məqsədləri bizə hücum etmək idi. Lakin biz onlara sarsıdıcı zərbə vurduq. Biz həm Əfqanıstan qüvvələrini, həm də İraqın Xalq Səfərbərlik Qüvvələrini onlara qarşı necə mübarizə aparmaq barədə hazırlamışdıq.”

Kövsəri əlavə edib ki, Vaşinqton İrana qarşı birbaşa hərbi qüvvə yerləşdirməkdən çəkinəcək və bunun əvəzinə “qorxu və təhdid atmosferi yaratmağa” üstünlük verəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar