SON XƏBƏRLƏR

İran son itkilərlə bağlı rəsmi statistikanı açıqladı

2026.07.22, 17:15
İran son itkilərlə bağlı rəsmi statistikanı açıqladı

592 yaralı, 53 ölən: İran yeni məlumat verdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranın Səhiyyə Nazirliyi ABŞ-ın İrana qarşı son hücumları nəticəsində ölənlərin sayının 53 nəfərə, yaralananların sayının isə 592 nəfərə çatdığını açıqlayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kərmanpur X sosial şəbəkəsində yazıb ki, 27 iyundan 22 iyul səhərinədək ABŞ hücumları nəticəsində ümumilikdə 53 nəfər həlak olub, 592 nəfər yaralanıb.

Onun sözlərinə görə, həlak olanlar arasında 6 qadın və 18 yaşdan aşağı 3 nəfər var. Həmçinin 36 yaralının müalicəsi xəstəxanalarda davam edir.

Səhiyyə Nazirliyinin sözçüsü bu statistikanın tərkibi ilə bağlı əlavə açıqlama verməyib. Məlum deyil ki, açıqlanan rəqəmlərə hərbi şəxslər də daxildir, yoxsa bu göstəricilər yalnız mülki şəxslərə aiddir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar