SON XƏBƏRLƏR

İran dəniz ticarətindəki azalmanı şimal-şərq sərhədləri vasitəsilə kompensasiya etməyə çalışır

2026.07.23, 10:56
İran dəniz ticarətindəki azalmanı şimal-şərq sərhədləri vasitəsilə kompensasiya etməyə çalışır

ABŞ-ın tətbiq etdiyi dəniz blokadası nəticəsində ölkənin cənub əyalətləri vasitəsilə həyata keçirilən sərhədyanı dəniz ticarəti azalıb.

Gunaz.tv

Bunu İran parlamentinin yüksək vəzifəli deputatı, İqtisadiyyat Komitəsinin sədr müavini Mehdi Toğiyani deyib.

Onun sözlərinə görə, hökumət bu itkiləri kompensasiya etmək üçün İranın şimal-şərq sərhədləri üzərindən ticarəti genişləndirməyə çalışır.

Toğiyani bildirib ki, parlament nümayəndə heyəti Türkmənistanla sərhəddə yerləşən Sərəxs sərhəd-keçid məntəqəsinə baş çəkərək onun dəniz ticarətindəki azalmanı kompensasiya etmək imkanlarını qiymətləndirib ki, “ölkə problemlərlə üzləşməsin”.

Onun sözlərinə görə, Sərəxs sərhəd-keçid məntəqəsi kifayət qədər böyük potensiala malikdir. Hazırda burada hər iki istiqamətdə gündə təxminən 500 yük maşınıbir yük qatarı hərəkət edir. Lakin dəmir yolu ilə yükdaşımaların gündə 3–4 qatara, avtomobil daşımalarının isə təxminən 1 000 yük maşınına qədər artırılması mümkündür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar