SON XƏBƏRLƏR

İran: ABŞ-ın hücumları nəticəsində Xuzistanda 4 nəfər ölüb, 7 nəfər yaralanıb

2026.07.24, 11:21
İran: ABŞ-ın hücumları nəticəsində Xuzistanda 4 nəfər ölüb, 7 nəfər yaralanıb

Xuzistan vilayətinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə qubernator müavini Vəliullah Həyati bildirib ki, ABŞ-ın cümə günü, 24 iyul səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Gunaz.tv

Həyatinin sözlərinə görə, ABŞ-ın Əhvaz şəhəri ətrafındakı ərazilərə endirdiyi raket zərbələri zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb. O, həlak olan və yaralananların kimliyi, eləcə də hücumların dəqiq hədəfləri barədə məlumat verməyib.

O əlavə edib ki, son 14 gün ərzində Xuzistan vilayətinin 12 rayonunda yerləşən müxtəlif nöqtələr hücumlara məruz qalıb.

Bəndər Abbas şəhərindən daxil olan məlumata görə isə, ABŞ-ın ötən gecə həyata keçirdiyi hücumlar zamanı şəhərdəki Allahu Əkbər təpəsi ərazisində 2 nəfər yaralanıb. Hücumlardan sonra həmin ərazidə elektrik enerjisinin verilməsi də dayandırılıb.

İsfahan vilayətinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə qubernator müavini də bildirib ki, Nayin rayonunda yerləşən bir ərazi ABŞ-ın hücumuna məruz qalıb. Onun sözlərinə görə, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Luristan vilayətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə qubernator müavini isə Xürrəmabad şəhəri yaxınlığında bir nöqtənin hədəfə alındığını açıqlayıb. O, hücumun baş verdiyi ərazinin adını açıqlamayıb.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar