SON XƏBƏRLƏR

SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

2026.07.29, 11:18
SEPAH Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerinin hədəf alındığını açıqlayıb.

Gunaz.tv

SEPAH-ın bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.

Bəyanatda SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirdiyi qeyd olunub.

"Bir neçə saat əvvəl xəbərdarlıqlarımıza məhəl qoymadan təhlükəli və qanunsuz marşrutla hərəkətə davam edən, qaydanı pozan üç neft tankeri hədəf alınaraq dayandırılıb", - bəyanatda bildirilib.

Xatırladaq ki, Hörmüz Boğazı yolu beynəlxaq sular hesab edilir və onun güney marşrutu Omanın ərazi sularına daxildir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar