SON XƏBƏRLƏR

ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb

2026.07.30, 13:02
ETTELAAT-ın Əhvazdakı binası ABŞ-nin hücumuna məruz qalıb

İran Kəşfiyyata Nazirliyinin (ETTELAAT) Əhvaz şəhərindəki bölməsi ABŞ-nin hücumuna məruz qalıb.

Gunaz.tv

Bu barədə Xuzistan əyaləti qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları xidmətinin rəis müavini Vəliullah Həyati iyulun 30-da məlumat verib.

Onun sözlərinə görə, Xuzistan əyalətinin bəzi rayonları, o cümlədən Əhvaz, Abadan, Şadeqan və Ərvəndkənar şəhərləri raket atəşinə məruz qalıb.

V.Həyati hadisənin miqyasının araşdırıldığını bildirərək əlavə edib ki, təfərrüatlar, mümkün zərərin miqyası, uyğun başqa məlumatlar barədə əlavə informasiya sonradan rəsmi orqanlar tərəfindən təqdim ediləcək.

Məlumata görə, Əhvaza endirilmiş raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnformasiyalara əsasən, Əhvazın Gülüstan Xiyabanı rayonundakı İran İslam İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Kəşfiyyat İdarəsinin binası da ABŞ-nin hücumuna məruz qalıb. Hadisə nəticəsində bina dağılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar