SON XƏBƏRLƏR

Yüksək rütbəli iranlı komandir region ölkələrini ABŞ-a dəstək verməməyə çağırıb

2026.08.01, 13:06
Yüksək rütbəli iranlı komandir region ölkələrini ABŞ-a dəstək verməməyə çağırıb

İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri region ölkələrini ABŞ ilə əməkdaşlığa yenidən baxmağa çağıraraq bildirib ki, ABŞ qüvvələri üçün müdafiə qalxanına çevrilən dövlətlər müharibəyə cəlb olunmaq riski ilə üzləşəcəklər.

Gunaz.tv

İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi deyib: "Müsəlman ölkələri uzaqgörənlik nümayiş etdirməli, ABŞ-ın addımlarını diqqətlə izləməli və Vaşinqtonla əməkdaşlıq və yaxın münasibətlərini yenidən nəzərdən keçirməlidirlər."

"Əks halda, özünü ABŞ üçün müdafiə qalxanına çevirən hər bir ölkə müharibənin alovunda yanacaq", – deyə o əlavə edib.

Abdullahi Vaşinqtonu ABŞ qüvvələrinə və İsrailə dəstək vermək üçün region ölkələrinin infrastrukturundan və strateji resurslarından istifadə etməkdə ittiham edib. O, həmçinin bildirib ki, ABŞ daha geniş regional müharibəyə doğru irəliləyir..

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar