SON XƏBƏRLƏR

İsrail Hörmüz və Babül-Məndəb boğazlarından yan keçən marşrut axtarır

2026.08.30, 21:34
İsrail Hörmüz və Babül-Məndəb boğazlarından yan keçən marşrut axtarır

Gunaz.tv

GünAz TV xəbər verir ki, İsrailin energetika naziri Eli Kohen “Yediot Aharonot” qəzetinə müsahibəsində İsrailin ölkənin baş naziri və ABŞ ilə koordinasiya şəraitində enerji daşınması üçün Hörmüz və Babül-Məndəb boğazlarından yan keçən alternativ marşrut yaratmaq üzərində çalışdığını bildirib.

Onun sözlərinə görə, bu planın məqsədi təhlükəsizlik gərginliyinin artdığı bir şəraitdə enerjinin bu iki su yolundan keçirilməsindən asılılığı azaltmaqdır.

Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi daha əvvəl bildirib ki, Hörmüz boğazındakı gəmiçilik marşrutunun bir hissəsi Oman sularında, digər hissəsi isə İran sularında yerləşir. Rzayinin sözlərinə görə, ABŞ İranın şərtlərini qəbul edərsə, gəmilər boğazın ortasındakı müəyyən edilmiş kanaldan keçəcək.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar