SON XƏBƏRLƏR

İranlı deputat ABŞ-ın maraqlarına qabaqlayıcı zərbələr endirməyə çağırıb

2026.09.01, 13:45
İranlı deputat ABŞ-ın maraqlarına qabaqlayıcı zərbələr endirməyə çağırıb

İran Vaşinqtonu geri çəkilməyə və tətbiq etdiyi blokadanı dayandırmağa məcbur etmək üçün Yaxın Şərqdə ABŞ-ın maraqlarına qabaqlayıcı zərbələr endirməlidir.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Nəbəviyan deyib.

“Düşmənin müharibə ehtiyatlarının azalmasını, yanacaq qiymətlərinin artmasını və ABŞ Konqresinə seçkilərin yaxınlaşmasını nəzərə alsaq, düşmən gərginliyi azaltmağa çalışır”, — Nəbəviyan X sosial şəbəkəsində yazıb.

“İndi regiondakı ABŞ maraqlarına qabaqlayıcı zərbə endirmək, onu geri çəkilməyə məcbur etmək və blokadanı yarmaq üçün ən münasib vaxtdır”, — o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar