SON XƏBƏRLƏR

Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb

2026.09.02, 12:29
Azərbaycanda "Çevik" ləqəbi ilə tanınan sosial media yaradıcısı radikal dindarlar tərəfindən döyülüb

“Çevik” ləqəbi ilə tanınan bloqer Məqsəd Bağırov ötən gün yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb.

Gunaz.tv

Hadisə şahidlərinin bildirdiyinə görə, Məqsəd Bağırov əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb.

Daha sonra kafenin həyətində ona xəsarət yetirildiyi bildirilir.Məlumata əsasən, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları hadisəyə müdaxilə edib və iki nəfər saxlanılıb.

Faktla bağlı polis şöbəsində araşdırma aparıldığı bildirilir.

Xatıqladaq ki, “Çevik” ləqəbli sosial media yaradıcısı özünün İrana qarşı tənqidi fikirləri ilə tanınırdı. Onun bir çox çıxışlarında İran rejimi və onun dini rəhbərliyinə qarşı tənqidi fikirləri olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar