SON XƏBƏRLƏR

Ruhani: Müharibəni davam etdirməzdən əvvəl xalqdan soruşmaq lazımdır

2026.09.04, 21:27
Ruhani: Müharibəni davam etdirməzdən əvvəl xalqdan soruşmaq lazımdır

Həsən Ruhani böyük dünya gücləri ilə qarşıdurmanın davam etdirilməsi məsələsində xalqın fikrinin soruşulmasını istəyib.

Gunaz.tv

İranın keçmiş prezidenti öz prezidentliyi dövründəki valilərlə görüşündə bildirib ki, İranın daha 20 il böyük dünya gücləri ilə müharibə aparması nəzərdə tutulursa, ilk növbədə xalqdan bu yolu qəbul edib-etmədiyi soruşulmalıdır.

Ruhani vurğulayıb: “Hər kəs, hansı vəzifə və postda olmasından asılı olmayaraq, hansı pillədə yer alırsa-alsın, bu vəzifəni xalq tərəfindən ona əmanət olaraq alıb” və əlavə edib: “Heç kim öz adından və ya Allah tərəfindən hakim deyil.”

O, xalqla məsləhətləşməyin vacibliyinə toxunaraq bildirib ki, xalq başqa yol göstərərsə, məsul şəxslər onun iradəsini qəbul etməlidirlər.

Bu açıqlamalar İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmmədbaqer Qalibafın daha əvvəl ABŞ-la danışıqların zəruriliyini vurğuladıqları bir vaxtda səslənib.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar