SON XƏBƏRLƏR

Molla Pezeşkianın İlham Əliyevin qarşısındakı davranışını sərt şəkildə tənqid edib: «Adam utanır!» (Video)

2026.09.04, 22:35
Molla Pezeşkianın İlham Əliyevin qarşısındakı davranışını sərt şəkildə tənqid edib: «Adam utanır!» (Video)

Gunaz.tv

Bir molla videoda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevin qarşısındakı davranışını və bədən dilini sərt və təhqiramiz ifadələrlə tənqid edib.

O, videoda belə deyib: «Ən səfih çəyirtkəyeyənlərin, dəvə sidiyi içənlərin qarşısında bizim prezidentimiz kimi oturub boynunu belə bükür, deyir "Allah xatirinə!". Yəni o xarabalaq Pastor-da (Prezident Administrasiyasında) bir nəfər yoxdur buna diplomatiya jestlərini, bədən dilini öyrətsin? Bu nə hərəkətdir belə? Hahaha... İlham Əliyevin qarşısında belə oturur? Vallah adam utanır, baba İlham Əliyev kimdir axı?

Burnu nədir ki, hələ arvadının ad gününə görə ona təbrik göndərirsiniz? Sonra inqilabçıların yanına çatanda, Dövlət Televiziyasının (İRIB) rəhbərinin yanına çatanda sinəsini qabağa verir... Hələ fikirləşmirsiniz ki, bacarmır ha! Yox, bacarır! Özümüzünkülərin qarşısında, bax deyir "Cəbəli bəy, mən baxmıram!". Özümüzünkülərin yanına çatanda sinələr qabaqda, başlar yuxarı, əllər bu şəkildə!

Elə həmin Zərif-gil yadınızdadır da, Con Kerrinin qarşısına gedəndə çənələri hipopotam kimi açıq olurdu. Şəhid rəhbərimizin mərasimində oturanda, Həzrət Ağa hələ sağ olanda onun mərasimində Həsən Ruhani, Zərif qaş-qabaqlarını belə tökürdülər, hamı hirsli... Elə bil atalarının qatilini görüblər, ata-baba it uşaqları! Hamısı eynidir bunların.

Bular bədən dilini düzgün nümayiş etdirməyi bacarırlar, öyrədilməyə ehtiyacları yoxdur, bilirlər; sadəcə Əliyevlərin qarşısında belə mızmız uşaqlar kimi oturmağı xoşlayırlar.»

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar