SON XƏBƏRLƏR

İranda dərman çatışmazlığı- Parlament təsdiq etdi

2026.09.05, 10:36
İranda dərman çatışmazlığı- Parlament təsdiq etdi

İran parlamentinin səhiyyə komissiyasının rəhbəri Hüseyn Əli Şəhriyari sanksiyaların və iqtisadi blokadanın ölkənin əczaçılıq bazarı üçün problemlər yaratdığını deyib.

Gunaz.tv

"Bizdə mütləq dərman çatışmazlığı var və bunu inkar etmək olmaz",- o bildirib.

Ancaq o, dərman böhranının hələ kəskinləşmədiyini və "ciddi bir problem yaranmayacağını" iddia edib.

Müəyyən xəstələrin ehtiyac duyduğu dərman çatışmazlığı ilə bağlı suala cavab olaraq Şəhriyari, bir çox məhsulun yerli istehsal olduğunu, lakin bəzi həkimlərin xəstələrə xarici nümunələr almağı məsləhət gördüyünü söyləyib. 

O, çatışmazlıqların xəstələrin müalicəsini davam etdirməsinə mane olacaq səviyyədə olmadığını iddia edib.

Şəhriyarı bundan əvvəl ölkədə dərman vəziyyətini narahatedici adlandırıb, bu sahədəki problemləri isə kritik olduğunu bildirmişdi. 

Səhiyyə komissiyasının sözçüsü bununla yanaşı İranda təxminən min adda dərmanın çatışmadığını qeyd etmişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar