SON XƏBƏRLƏR

İranda yanacaq tankeri partladı- Ölənlər var

2026.09.05, 20:59
İranda yanacaq tankeri partladı- Ölənlər var

Həmədan-Sənəndəc magistral yolunda baş verən yol-nəqliyyat hadisəsi və yanacaq tankerinin partlaması nəticəsində ən azı 11 nəfər ölüb, altı nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Bu gün axşam saatlarında Sənəndəc şəhərinin girişində baş verən  tankerin partlaması nəticəsində bir neçə avtomobil də yanıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürmə və xilasetmə qüvvələri göndərilib. Yaralılar müalicə üçün Sənəndəcdəki Kusər xəstəxanasına köçürülüb.

Qəzanın dəqiq səbəbi və qurbanların şəxsiyyəti hələlik açıqlanmayıb. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar