SON XƏBƏRLƏR

Kərəcdə 15 nəfər həbs edildi

2026.09.07, 09:23
Kərəcdə 15 nəfər həbs edildi

İran Kəşfiyyat Nazirliyinin yerli bölməsi Kərəc şəhərində 15 nəfəri həbs edib.

Gunaz.tv

Bu barədə İran məhkəməsnin "Mizan" saytı məlumat yayıb.

Onların həbsi bir müddət əvvəl hökumətə müxalif təşkilatın plakad və simvollarını daşıyaraq Kərəcdə motosiklet və avtomobillə qrup halında hərəkət etmələri barədə videoların yayılmasından sonra baş verib.

"Mizan" saytı 14 kişi və 1 qadından ibarət olan qrupun İran Xalq Mücahidləri Təşkilatından aldıqları ödəniş qarşılığında bu hərəkətə əl atdıqlarını iddia edib.

Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar