SON XƏBƏRLƏR

GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir

2026.09.07, 11:06
GECF: Azərbaycan Avrasiyada səmt qazının əsas mənbələrindən biridir

Azərbaycan və Qazaxıstan Avrasiyada əmtəə qazı bazarına çıxarılan səmt qazının əhəmiyyətli hissəsinin təmin edilməsində mühüm rol oynayır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatında bildirilib.

Qeyd olunur ki, Azərbaycanda səmt qazının hasilatına “Azəri-Çıraq-Günəşli” kompleksi, Qazaxıstanda isə “Tengiz” və “Kaşaqan” kimi iri neft hasilatı layihələri əhəmiyyətli töhfə verir.

Bildirilir ki, ümumilikdə Avrasiyada əmtəə qazı bazarına çıxarılan səmt qazının əsas mənbəyi Rusiyadır. Bu, ölkədə neft hasilatının böyük həcmi və geniş karbohidrogen ehtiyatları bazası ilə əlaqədardır. Səmt qazının hasilatı əsas neft hasil edən regionlarda, o cümlədən Qərbi Sibirdə cəmləşib. Burada geniş neft-qaz infrastrukturu səmt qazının toplanması, emalı və istifadəsini təmin edir.

Regionun yüksək neft hasilatı və inkişaf etmiş qaz infrastrukturu səmt qazının tutulması və müxtəlif istiqamətlərdə istifadəsi üçün imkanlar yaradır. Belə qaz daxili enerji təchizatında, sənayedə və digər məhsuldar məqsədlər üçün istifadə oluna bilər. Bu, neft hasilatından əldə olunan dəyərin artırılmasına, həmçinin regionda qaz təchizatının dəstəklənməsinə imkan verir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar