SON XƏBƏRLƏR

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı razılıq var

2026.09.09, 13:57
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı razılıq var

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyasının şimaldan cənuba doğru aparılması ilə bağlı razılıq və qarşılıqlı anlaşma mövcuddur.

Gunaz.tv

GünazTV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Ermənistan tərəfdə də müvafiq komissiya fəaliyyət göstərir və həmin komissiyaya Ermənistan Baş nazirinin müavini rəhbərlik edir.

Onun sözlərinə görə, ötən dövr ərzində komissiyalar arasında çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətini tənzimləyən bir sıra normativ sənədlər qəbul olunub və həm Azərbaycanda, həm də Ermənistanda təsdiqlənib.

C.Bayramov bildirib ki, ümumi sərhədin delimitasiyasının hansı istiqamətdən başlanaraq aparılması ilə bağlı razılıq əldə edilib:

“Bu, Azərbaycan, Ermənistan və Gürcüstanın birləşmə nöqtəsindən, yəni şimal sərhədindən başlayaraq şimaldan cənuba doğru işin aparılmasıdır. Bu məsələ üzrə hələ də razılıq və qarşılıqlı anlaşma mövcuddur”.

O qeyd edib ki, sərhəd məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işinin əsasını təşkil edən proseslərdəndir.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar