SON XƏBƏRLƏR

İranın Əfqanıstana ixracı 25 faiz azalıb

2026.09.09, 15:35
İranın Əfqanıstana ixracı 25 faiz azalıb

İran-ABŞ müharibəsi bu il başlayandan bəri İranın Əfqanıstana ixracı ən azı 25 faiz azalıb. Bu müddətdə rəqib ölkələr Əfqanıstan bazarında mövqelərini sürətlə gücləndiriblər.

Gunaz.tv

Bu barədə İran-Əfqanıstan Birgə Ticarət Palatasının rəhbəri məlumat verib.

Mahmud Səadət İranın ILNA xəbər agentliyinə bildirib ki, neft-kimya məhsulları, polad, ərzaq və digər malların ixracına tətbiq edilən məhdudiyyətlər azalmaya səbəb olub. O, bəzi məhdudiyyətlərin müharibənin yaratdığı zərər və daxili tələbatla əlaqədar olduğunu qeyd edib.

Səadət bildirib ki, Özbəkistanın Əfqanıstana ixracı bu il 42 faiz artıb. Onun sözlərinə görə, bu artım İranın Əfqanıstan bazarındakı payını sürətlə azaldır.

Səadət əlavə edib ki, ABŞ sanksiyaları İran mallarını xarici bazarlarda bahalaşdırır və ixracatçılar üzərindəki təzyiqi artırır.

O, Əfqanıstanı İranın azsaylı işlək ixrac istiqamətlərindən biri kimi qiymətləndirib və sərhədlərdəki gecikmələrin davam etməsinin ölkənin ticarət mövqeyinə daha ciddi zərər vura biləcəyi barədə xəbərdarlıq edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar