SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var

2026.10.21, 15:49
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var

Bu gün həhərə yaxın İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərinin Moləvi küçəsində naməlum silahlılarla polis qüvvələri arasında silahlı qarşıdurma olub.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Hadisə yerinə Kəşfiyyat Nazirliyinin yerli əməkdaşlarının da cəlb olunduğu bildirilib.

Qarşıdurma zamanı üç silahlı və bir polis əməkdaşı həlak olub, yaralanan iki silahlı şəxs isə saxlanılıb.

Hələlik silahlıların hansı qruplaşmaya mənsub olduqları barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar