SON XƏBƏRLƏR

İranda dollar yenidən bahalaşmağa başladı

2026.10.21, 18:37
İranda dollar yenidən bahalaşmağa başladı

Gunaz.tv

Tehranın valyuta bazarında dolların qiyməti 268 min tümənə yüksəlib.

İranın paytaxtı Tehranda dolların sərbəst bazar qiyməti oktyabrın 21-də, çərşənbə günü, 268 min tümənə çatıb.

Gunaz.tv-nin məlumatına görə, dolların qiyməti son həftələrdə, oktyabrın 11-də 272 min tümənlik zirvəyə çatdıqdan sonra müəyyən qədər geriləmişdi. Lakin indi valyuta bazarında yenidən bahalaşma müşahidə olunur.

Dolların məzənnəsinin yüksəlməsinə təsir edən əsas amillər arasında müharibənin yenidən başlaması ehtimalı, Tehran və Vaşinqton arasında danışıqların nəticəsiz qalması barədə xəbərlər, həmçinin İranın İraq və Pakistanla sərhədlərinin bağlanması göstərilir.

Bazarlardakı narahatlığın artması İran iqtisadiyyatında qeyri-müəyyənliyi daha da gücləndirir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar