SON XƏBƏRLƏR

Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq

2026.10.21, 20:28
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq

Gunaz.tv

Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfəri zamanı Məsud Pezeşkian, Məhəmməd Baqir Qalibaf və Möhsün Rezayi ilə görüşüb.

Möhsün Rezayi görüş zamanı İranın zənginləşdirilmiş nüvə materiallarını “milli sərvət” adlandıraraq onların bir zərrəsinin belə ölkədən çıxarılmayacağını vurğulayıb. O, həmçinin Vaşinqton etimad yaratmayana qədər ABŞ-la danışıqların aparılmayacağını bildirib.

Məhəmməd Baqir Qalibaf isə Tehranın etimadını qazanmaq üçün ABŞ-ın İran İslam Respublikasının Nyu-Yorkda təqdim edildiyi bildirilən yeddi şərtini yerinə yetirməli olduğunu deyib. O, Vaşinqtonun hərbi təhdidlərinin İranın strateji qərarlarına təsir göstərməyəcəyini vurğulayıb.

Asim Munir İran-Pakistan sərhədinin yenidən açıldığını və iki ölkə arasındakı sərhəd problemlərinin həll olunduğunu da bildirib.

Pakistan ordusu komandanının Məsud Pezeşkianla görüşünün təfərrüatları açıqlanmayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar