SON XƏBƏRLƏR

HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər

2026.10.21, 21:38
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər

Gunaz.tv

Dünyanın ən böyük maliyyə qurumlarından biri olan HSBC bank qrupunun rəhbəri bildirib ki, alternativ nəqliyyat və enerji marşrutlarına yatırımlar Ərəb körfəzi ölkələrinin Hörmüz boğazından asılılığını azalda bilər. Onun sözlərinə görə, strateji əhəmiyyətə malik bu boğaz qarşıdakı beş il ərzində hazırkı əhəmiyyətinin böyük hissəsini itirə bilər.

Hörmüz boğazında son dövrlərdə yaranan fasilələr region ölkələrinin bu həyati su yolundan asılılığını ön plana çıxarıb. Bu vəziyyət Ərəb körfəzi ölkələrini enerji daşıyan boru kəmərlərinin limanlara qədər genişləndirilməsinə sərmayə yatırmağa sövq edib.

HSBC (Hongkong and Shanghai Banking Corporation) mərkəzi Londonda yerləşən, tarixi kökləri Honq-Konq və Şanxaya gedib çıxan beynəlxalq bank və maliyyə xidmətləri qrupudur.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Hörmüz boğazından gündəlik təxminən 20 milyon barel xam neft və neft məhsulları daşınır. Bu həcm mövcud alternativ marşrutların imkanlarından xeyli çoxdur.

Bununla belə, boğazdan asılılığın azaldılması alternativ infrastrukturun inkişafını və enerji nəqli şəbəkələrinə böyük sərmayə qoyuluşunu tələb edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar