SON XƏBƏRLƏR

TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir

2026.10.21, 22:47
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir

Gunaz.tv

İranın cənubunda, Hormozqan əyalətinin Sirik bölgəsinin Kərpan ərazisində yenidən bir neçə partlayış səsinin eşidildiyi barədə məlumatlar yayılıb.

SEPAH-a bağlı Fars xəbər agentliyi bir neçə partlayış səsinin eşidildiyini xəbər verib. Eyni zamanda, SEPAH-la əlaqəli digər media qurumları — Tasnim və Mehr xəbər agentlikləri partlayışların səbəbi barədə məlumatlarının olmadığını bildiriblər.

İndiyədək partlayışların səbəbi və mənbəyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Sirik İranın cənubunda, Hormozqan əyalətində, Oman dənizi sahilində yerləşir. Şəhər Hörmüz boğazının yaxınlığında, Bəndər-Abbasın şərqində yerləşir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar