SON XƏBƏRLƏR

İranda müharibə olarsa, internet kəsiləcək

2026.10.22, 19:27
İranda müharibə olarsa, internet kəsiləcək

Gunaz.tv

İranda yeni müharibə başlayacağı təqdirdə beynəlxalq internetin kəsilməsi barədə göstəriş verildiyi iddia olunur.

İranın iqtisadiyyat yönümlü “Zuman” mediası əldə etdiyi məlumatlara istinadən xəbər verib ki, ölkədə yuxarı instansiyalar yeni müharibə başlayacağı təqdirdə istifadəçilərin beynəlxalq internetə çıxışının dərhal dayandırılmasını nəzərdə tutan rəsmi və məcburi göstəriş veriblər.

Məlumata görə, hərbi qarşıdurma şəraitində qlobal internetin kəsilməsi icra olunmalı qərar kimi müəyyən edilib.

Xəbər “Zuman” mediasının məlumatları əsasında “Avş” xəbər agentliyi tərəfindən yayımlanıb.

Bununla belə, iddia edilən məktubun təfərrüatları, göstərişi verən qurumun adı və qərarın nə vaxt icra oluna biləcəyi açıqlanmayıb. Məlumat hələlik müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar